Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 79 % artıb
- 02 mart, 2024
- 13:07
Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 25 milyon 396 min manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 2 milyon 719 min manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 78,9 % çoxdur.
Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,7 manatı ödəniş edilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 6,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 139,114 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.