Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
- 28 may, 2025
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 70,818 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 13,381 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 33,2 % çoxdur.
4 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 18,9 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 15,1 manat olub.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588,466 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 231,333 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.