Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 29 %-dən çox artıb

Maliyyə
  • 26 iyun, 2024
  • 10:32
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 29 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əmlak sığortası üzrə 84,152 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 13,345 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 29,3 % çoxdur.

5 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 15,9 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 13,4 manat olub.

Xatırladaq ki, yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.

Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Bir il öncə bu göstərici 30,8 manat olub.

44 filmi