Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 17 %-ə yaxın artıb

Maliyyə
  • 29 aprel, 2025
  • 15:17
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 17 %-ə yaxın artıb

Bu ilin I rübündə Azərbaycanda əmlak sığortası üzrə 52,755 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 8,509 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 16,6 % çoxdur.

3 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 13,9 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 399,083 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,95 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164,029 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə də bu göstərici 41,1 manat olub.

44 filmi