Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 11 % artıb
- 01 aprel, 2025
- 15:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 40,309 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 6,027 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 11,1 % çoxdur.
2 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 15 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 13,7 manat olub.
Yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 % çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.