Azərbaycanda əmlak sığortası bazarı 40 % artıb
- 21 aprel, 2023
- 08:23
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 51,63 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 5,912 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 32,7 % çoxdur.
I rübdə əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 11,5 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 12,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 346,91 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 34,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 102,29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 67,1 % çoxdur.
3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 23,7 manat olub.