Azərbaycanda əmlak sığortası bazarı 38 %-dən çox artıb

Maliyyə
  • 04 mart, 2023
  • 09:56
Azərbaycanda əmlak sığortası bazarı 38 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 23,044 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 1,52 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 18,8 % çoxdur.

Yanvar ayında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 6,6 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 7,7 manat olub.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.

Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,3 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 14,1 manat olub.

44 filmi