Azərbaycanda əmlak sığortası bazarı 24 % böyüyüb
- 26 avqust, 2023
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 129,338 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 13,794 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 27,4 % çoxdur.
Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,7 manatı ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 10,4 manat olub.
Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 761,801 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 31,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 282,977 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,4 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.