Azərbaycanda əmlak sığortası bazarı 20 % artıb

Maliyyə
  • 12 avqust, 2023
  • 13:43
Azərbaycanda əmlak sığortası bazarı 20 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmlak sığortası üzrə 95,643 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,6 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 12,2 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,9 % çoxdur.

Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 12,8 manatı ödəniş edilib. 2022-ci ilin eyni dövründə bu göstərici 11,9 manat olub.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 % çoxdur.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.