Azərbaycanda ehtiyat fondlarına ayırmalar 2 % azaldılır
Maliyyə
- 16 oktyabr, 2023
- 05:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1,1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 2,3 % azdır.
O cümlədən, Prezidentin ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 7,95 % az - 110 milyon manat təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Son xəbərlər
15:36
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
Hadisə
15:36
Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib
Futbol
15:28
BQXK: Yaxın Şərqdə gərginlik on milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər
Digər ölkələr
15:27
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub
Daxili siyasət
15:25
Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Digər ölkələr
15:22
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb
Maliyyə
15:17
Naxçıvanda bank əmanətləri 46 % artıb
Maliyyə
15:16
Nürnberq aeroportu fəaliyyətini dayandırıb
Digər ölkələr
15:15
Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir
Maliyyə