Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 12 % artıb

Maliyyə
  • 20 may, 2023
  • 11:00
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 12 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 11,9 % artaraq 3 504 milyon manat olub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunun 2 639,8 milyon manatlıq hissəsi hüquqi şəxslər məxsus olub ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 756 milyon manatı dövlət, 2 748 milyon qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 345,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

44 filmi