Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il dekabrın 1-nə 62,56% təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,98 faiz bəndi azalma qeydə alınıb.
Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 63,54%, oktyabrın 1-də 62,55%, sentyabrın 1-də isə 63,01% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,46% bəndi, oktyabrda 0,99% bəndi azalıb. Hesabata əsasən, dollarlaşma səviyyəsi 2018-ci ilin əvvəlinə 66,5% olub.
Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği 2018-ci il dekabrın 1-nə 8 073,5 mln. manat təşkil edib ki, bunun da 5 051,1 mln. manatı xarici valyutada yerləşdirilib.