Azərbaycanda dövlət büdcəsinə dividendlər üzrə daxilolmalar 60 dəfə artacaq

Azərbaycanda dövlət büdcəsinə dividendlər üzrə daxilolmalar 60 dəfə artacaq Kəskin artıma səbəb “Azərbaycan Beynəlxalq Bankı” və iri dövlət şirkətləri üzrə nəzərdə tutulan dividend ödənişləridir.
Maliyyə
21 Dekabr , 2020 13:59
Azərbaycanda dövlət büdcəsinə dividendlər üzrə daxilolmalar 60 dəfə artacaq

Azərbaycanda 2021-ci ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 168,1 milyon manat nəzərdə tutulur ki, bu da bu ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 165,3 milyon manat və ya 60 dəfə çoxdur.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci il dövlət büdcəsi layihəsində bildirilib.

Sənəddə həmçinin bildirilir ki, kəskin artıma səbəb “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə 120 milyon manat, iri dövlət şirkətləri üzrə 46 milyon manat məbləğində dövlət büdcəsinə nəzərdə tutulan dividend ödənişləridir.

Son xəbərlər

Orphus sistemi