Azərbaycanda dollara tələb 10 %-dən çox azalıb
Maliyyə
- 23 may, 2024
- 08:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.
Bu barədə “Report”a AMB-dən məlumat verilib.
Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.
Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.
Son xəbərlər
15:32
Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb
Sənaye
15:23
Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır
Region
15:17
Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib
Daxili siyasət
15:13
Foto
Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib
Futbol
15:05
Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb
Sənaye
15:01
Foto
Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib
Xarici siyasət
15:00
Azərbaycandakı sığorta şirkətlərinin xərclərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
14:54
Foto
Ceyhun Cəlilov Culfa rayonunda vətəndaşları qəbul edib
Daxili siyasət
14:51
Azərbaycan lak-boya məmulatları istehsalını 30 %-dən çox artırıb
Sənaye