Azərbaycanda depozit hərracları üzrə dövlət büdcəsinə 100 milyon manata yaxın vəsait köçürülüb
- 15 dekabr, 2025
- 14:20
Bu ilin aprel-dekabr aylarında Maliyyə Nazirliyinin kommersiya banklarında yerləşdirdiyi depozitlər üzrə dövlət büdcəsinə ümumilikdə 98,6 milyon manat əlavə gəlir köçürülüb.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Xatırladaq ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.
Bundan başqa, Azərbaycan Mərkəzi Bankı ilə imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlir hesablanır. Bu istiqamətdə isə 20,8 milyon manat əlavə gəlir büdcəyə daxil olub.