Valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri AMB-nin kapital tələbini yerinə yetirib

Maliyyə
  • 26 iyun, 2024
  • 07:33
Valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri AMB-nin kapital tələbini yerinə yetirib

Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri - "Eliko" MMC, Mərkəzi Bankın (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.

"Report" xəbər verir ki, şirkət nizamnamə kapitalını kəskin artıraraq 100 manatdan 600 000 manata çatdırıb.

Bu məbləğ "Eliko"ya Bakıda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir. Paytaxtda 2-ci məntəqəni açmaq üçün isə şirkət kapitalını 50 % artıraraq 900 min manata çatdırmalıdır.

"Eliko" 2020-ci ildə yaradılıb.

Bundan əvvəl "Delta Capital" və "Meta-Kapital" nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb.

Ölkədə 5 valyuta mübadiləsi xidməti göstərən şirkət fəaliyyət göstərir, onlardan ikisinin kapitalı hələ də AMB-nin tələblərinə uyğun deyil. Şirkətlərə kapitalın artırılması üçün ötən ilin dekabrın 25-də təsdiq edilmiş tələblərə əsasən 6 ay vaxt verilmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti