Azərbaycanda bankomatların sayı 9 %, POS terminalların sayı isə 5 % artıb

Maliyyə
  • 25 sentyabr, 2021
  • 11:31
Azərbaycanda bankomatların sayı 9 %, POS terminalların sayı isə 5 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 2 844 bankomat olub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,7 %, yanvarın 1-nə nisbətən 4,8 %, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 9 % çoxdur.

Bankomatların 1 502-si Bakıda, 1 342 ədədi isə regionlardadır. Bu isə illik müqayisədə müvafiq olaraq 10,1 % və 7,9 % çoxdur.

Avqustun sonuna ölkədə 59 395 ədəd POS terminal da olub. Bu da, avqustun 1-I ilə müqayisədə 1% az, yanvarın 1-nə nisbətən 4 %, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 5 % çoxdur.

44 - Tezliklə