Azərbaycanda 4 sığorta şirkətinin vergi borcu var

Azərbaycanda 4 sığorta şirkətinin vergi borcu var Bunlardan 2-ci ləğvetmə prosesində olan şirkətlərdir
Maliyyə
25 Yanvar , 2017 11:21
Azərbaycanda 4 sığorta şirkətinin vergi borcu var

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 2-nin vergi borcu var. Bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib. 

Məlumata görə, bu, "PAŞA Həyat Sığorta" və "Başak İnam Sığorta" ASC-lərdir. Onların bu günə olan vergi borcları müvafiq olaraq 105 993 manat və 2 225 manat təşkil edir. 

Bundan başqa, ləğvetmə prosesində olan 2 sığorta şirkətinin də vergi öhdəliyi mövcuddur. Söhbət "Azərqarant Sığorta" (16 540 manat) və "Alfa Sığorta" (3 755 manat) ASC-lərdən gedir.

Son xəbərlər

Orphus sistemi