Azərbaycanda 28 sığorta agentinin lisenziyası bərpa edilib

Maliyyə
  • 16 may, 2022
  • 13:49
Azərbaycanda 28 sığorta agentinin lisenziyası bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 28 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını bərpa edib.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar mayın 11-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti