Azərbaycana pul köçürmələri son iki ildə 49% azalıb
Maliyyə
- 14 noyabr, 2016
- 05:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34,7%, 2014-cü ilin ilk 3 rübünə nisbətən isə 49,4% azalıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 9 aylıq pul siyasəti icmalında bildirilib.
İcmala əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində ölkəyə xaricdən 586 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk 9 ayında 897 mln. dollar, 2014-cü ilin ilk 9 ayında isə 1,159 mlrd. dollar təşkil edib.
Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.
Son xəbərlər
11:38
"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar
Futbol
11:30
ASCO avtotexnika daşınmalarının həcmini 16 % artırıb
İnfrastruktur
11:29
Uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib
Milli Məclis
11:23
Şavkat Mirziyoyev Azərbaycanla elektron qaimələrin qarşılıqlı tanınmasını sürətləndirməyi tapşırıb
Biznes
11:20
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti EDB ilə memorandum imzalayıb
Biznes
11:14
Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür
Daxili siyasət
11:11
"Azərsun Holdinq"in şirkəti yenidən təşkil olunur
Biznes
11:09
Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb
İnfrastruktur
11:09
Azərbaycanda aqrar sahə ilə bağlı startapların sayı açıqlanıb
ASK