Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb Qırğızıstanın Milli Bankı (QRMB) ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında Anlaşma Memorandumu imzalanıb
Maliyyə
14 May , 2024 10:10
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Qırğızıstanın Milli Bankı (QRMB) ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında Anlaşma Memorandumu imzalanıb

"Report" AMB-yə istinadən xəbər verir ki, memorandum QRMB-in sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanıb.

AMB-nin sədri Taleh Kazımov memorandumun qurumlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi barədə əminliyini vurğulayıb.

Qeyd edək ki, memorandumun imzalanması ilə bağlı ilkin müzakirələr sədrlərin ötən ilin noyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan görüşündə yer alıb.

K.Bokontayevin AMB-nin sədri ilə görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Bildirilir ki, səfər çərçivəsində QRMB-nin nümayəndə heyətinin AMB-də təcrübə mübadiləsi məqsədilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində QRMB-nin nümayəndələri üçün AMB-də mühüm istiqamətlər üzrə təcrübə mübadiləsi təşkil olunur. Belə ki, nümayəndə heyəti üçün AMB-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılır. Həmçinin təcrübə mübadiləsi çərçivəsində AMB-nin əməkdaşları tərəfindən təqdimatlar keçirilərək praktiki məlumatların paylaşılması da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi