Azərbaycan ÜTT ilə ölkə iqtisadiyyatının şaxələndirilməsini müzakirə edib
Azərbaycan ÜTT ilə ölkə iqtisadiyyatının şaxələndirilməsini müzakirə edibAzərbaycan və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətləri müzakirə edilib.
Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətləri müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"ÜTT-nin baş direktoru xanım Nqozi Okonyo-İveala (Ngozi Okonjo-Iweala) ilə görüşdə ölkəmizin təşkilata üzvlük prosesi müzakirə edildi, əlaqələrimizin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq. COP29 (COP29 Azerbaijan) çərçivəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) (@wto) baş direktoru xanım Nqozi Okonyo-İveala (@NOIweala) ilə görüşdə ölkəmizin təşkilata üzvlük prosesi müzakirə edildi. #Azərbaycan və ÜTT arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə #iqtisadiyyat-ın şaxələndirilməsi istiqamətində… pic.twitter.com/OYk3tCGYwi
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 6, 2024