Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7% artırıb
- 19 aprel, 2022
- 05:48
Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 52 400,5 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 86,4%-i və yaxud 45 264,0 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 136,5 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 300 milyon dollar və yaxud 0,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 238,9 milyon dollar və yaxud 0,6 %, AMB-in valyuta ehtiyatlarında isə 61,1 milyon dollar və yaxud 0,9 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 3 283,0 milyon dollar və yaxud 6,7% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 2 502,7 milyon dollar və yaxud 5,9 %, AMB-in valyuta ehtiyatları isə 780,3 milyon dollar və yaxud 12,3 % artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.04.2022 | 45 264,0 | 7 136,5 | 52 400,5 |
| 01.01.2022 | 45 025,1 | 7 075,4 | 52 100,5 |
| 01.10.2021 | 44 226,4 | 7 033,8 | 51 260,2 |
| 01.07.2021 | 44 104,9 | 6 455,3 | 50 560,2 |
| 01.04.2021 | 42 761,3 | 6 356,2 | 49 117,5 |