Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 52 100,5 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
19 Yanvar , 2022 09:44
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 52 100,5 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 86,4%-i və yaxud 45 025,1 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 075,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 840,3 milyon dollar və yaxud 1,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,7 milyon dollar və yaxud 1,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,6 milyon dollar və yaxud 0,6 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 166,8 milyon dollar və yaxud 4,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 460,8 milyon dollar və yaxud 3,4 %, AMB-nin valyuta ehtiyatları isə 706 milyon dollar və yaxud 11,1 % artım nümayiş etdirib.

ARDNF-in valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.01.2022

45 025,1

7 075,4

52 100,5

01.10.2021

44 226,4

7 033,8

51 260,2

01.07.2021

44 104,9

6 455,3

50 560,2

01.04.2021

42 761,3

6 356,2

49 117,5

01.01.2021

43 564,3

6 369,4

49 933,7

Son xəbərlər

Orphus sistemi