Azərbaycan ötən il Bişkekin ən böyük investorlarının TOP-10-luğunda olub

Azərbaycan ötən il Bişkekin ən böyük investorlarının TOP-10-luğunda olub Azərbaycan 2024-cü ildə Bişkekin ən böyük investorlarının onluğuna daxil olub.
Maliyyə
2 aprel 2025 14:36
Azərbaycan ötən il Bişkekin ən böyük investorlarının TOP-10-luğunda olub

2024-cü ildə Azərbaycan Qırğızıstanın paytaxtı Bişkekin ən böyük investorlarının onluğuna daxil olub.

Bu barədə “Report” Qırğızıstanın Milli Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkəmiz 29,9 milyon ABŞ dolları birbaşa investisiya ilə 6-cı yeri tutub.

Ən böyük investorların ilk beşliyində Rusiya (121,2 milyon ABŞ dolları), Lüksemburq (76,4 milyon ABŞ dolları), Türkiyə (51,3 milyon ABŞ dolları), Niderland (42,2 milyon ABŞ dolları) və Qazaxıstan (37,3 milyon ABŞ dolları) qərarlaşıb.

Reytinqdə Azərbaycandan sonra Özbəkistan (18,6 milyon ABŞ dolları), ABŞ (14,6 milyon ABŞ dolları), İsveçrə (10,4 milyon ABŞ dolları) və Çin (10,1 milyon ABŞ dolları) gəlir.

Ümumilikdə, ötən il Bişkek 461,6 milyon ABŞ dolları birbaşa xarici investisiya cəlb edib, bunun təxminən 70 %-ni yenidən investisiya edilmiş mənfəət təşkil edib.

Son xəbərlər

Orphus sistemi