"Bank VTB Azərbaycan"ın səhmdarlarının yığıncağı keçiriləcək

"Bank VTB Azərbaycan"ın səhmdarlarının yığıncağı keçiriləcək Avqustun 25-isaat 11:00-da "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Maliyyə
344
10 İyul , 2020 18:10
Bank VTB Azərbaycanın səhmdarlarının yığıncağı keçiriləcək

Avqustun 25-i saat 11:00-da "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

"Report" bu barədə Banka istinadən xəbər verir. 

Məlumata görə, yığıncaq "Bank VTB Azərbaycan"ın Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətinin artırılması məsələsi daxildir. 

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.