Azərbaycan minimum əməkhaqqının artım səviyyəsinə görə bu ilin əvvəlinə olan göstəriciyə görə dünya reytinqində ikinci yeri tutub.
“Report” xəbər verir ki,
Reytinqdə 64,8 faizlə birinci yerdə qərarlaşan Nigeriya rəsmi minimum əməkhaqqının cəmi 74 dollar olan məbləğinə görə dünyada sonuncular arasındadır. Üçüncü yerdə isə 37,1 faizlik artım göstəricisi ilə Argentina qərarlaşıb.
Digər tərəfdən, ABŞ, Cənubi Afrika Respublikası, İspaniya, Latviya kimi ölkələrdə minimum əməkhaqqı il ərzində dəyişməyib.
Araşdırmaya görə Honkonq, Filippin kimi ölkələrdə minimum əməkhaqqından vergi tutulmadığı halda Rumıniyada məbləğindən asılı olmayaraq bütün əməkhaqqına 40 faizədək vergi tətbiq olunur. Minimum əməkhaqqının ən yüksək olduğu ölkələr isə Lüksemburq (1989 ABŞ dolları), Avstraliya (1923), İrlandiyadır (1723).