Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsindən gəliri 92% azalıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsindən gəliri 92% azalıb 2021-ci ildə Azərbaycan Mərkəzi Bankı valyuta aktivlərinin idarə edilməsindən 7,2 milyon ABŞ dolları gəlir əldə edib.
Maliyyə
5 May , 2022 11:50
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsindən gəliri 92% azalıb

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən 7,2 milyon ABŞ dolları gəlir əldə edib.

"Report" AMB-yə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 92,3% azdır.

"Ötən il valyuta ehtiyatları qurumun pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib. İnvestisiya tranşının tərkibində xroniki mənfi faiz dərəcələri ilə səciyyələnən avronun xüsusi çəkisinin son illərdə əhəmiyyətli azaldılmasının həm idarəetmənin nəticələrinə, həm də dollara qarşı məzənnə itkisinin azaldılmasına müsbət təsirləri olub. Bütövlükdə hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 82%-ni ABŞ dolları, 7%-ni avro, 1%-ni İngiltərə funt sterlinqi və 10%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borclanma hüquqları) təşkil edib", - deyə AMB bəyan edib.

Son xəbərlər

Orphus sistemi