Azərbaycan Mərkəzi Bankı sığorta üzrə “şikayət indeksi” açıqlamağa başlayıb

Azərbaycan Mərkəzi Bankı sığorta üzrə “şikayət indeksi” açıqlamağa başlayıb Azərbaycan Mərkəzi Bankı (AMB) icbari avtosığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə daxil olan şikayətlər üzrə “şikayət indeksi” açıqlamağa qərar verib.
Maliyyə
5 Oktyabr , 2022 11:48
Azərbaycan Mərkəzi Bankı sığorta üzrə “şikayət indeksi” açıqlamağa başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) icbari avtosığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə daxil olan şikayətlər üzrə “şikayət indeksi” açıqlamağa qərar verib.

"Report" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, indeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.

Şikayət indeksi açıqlandığı tarixdən son 1 il ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaq, aylıq məlumatlar əsasında yenilənəcək. İndeksin hesablanma metodologiyası və onun izahı AMB-nin veb səhifəsində yerləşdirilmiş müvafiq cədvəlin aşağı hissəsində qeyd edilib.

Son xəbərlər

Orphus sistemi