2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə olunmasından 41,8 milyon ABŞ dolları xalis zərər edib. Halbuki, qurum 2021-ci ildə valyuta ehtiyatlarının idarə olunmasından 7,2 milyon ABŞ dolları gəlir əldə etmişdi.
"Report" bu barədə AMB-nin illik hesabatına istinadən xəbər verir.
“Yüksələn bazar faiz dərəcələri növbəti illərdə valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcək. 2022-ci ildə valyuta ehtiyatları 1,9 milyard ABŞ dolları və yaxud 27% artaraq 9 milyard ABŞ dolları təşkil edib. Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərib” - deyə AMB bəyan edib.