Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb

Maliyyə
  • 28 yanvar, 2022
  • 08:13
Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb

"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 28-də keçirdiyi mətbuat konfrasında bildirib.

"Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq", - o qeyd edib.

Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.