Azərbaycan manatının dövretmə sürəti sentyabrda artıb

Maliyyə
  • 28 oktyabr, 2026
  • 15:43
Azərbaycan manatının dövretmə sürəti sentyabrda artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,02 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,06 bənd çox, ilin əvvəlinə nisbətən 0,18 bənd, 2025-ci ilin oktyabrın 1-i ilə müqayisədə isə 0,39 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

44 filmi