Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Maliyyə
  • 03 yanvar, 2023
  • 05:57
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi açıqlanıb

2022-ci ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar Azərbaycanda əsas kapitala 2 milyard 972,6 milyon manat vəsait yönəldib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23 % azdır. Xarici mənbələrdən yatırılan vəsait ümumi investisiyaların 18,9 %-ini təşkil edib.

Ötən il ən çox xarici investisiya (399,8 milyon manat və ya 22 %) avqust ayında yatırılıb.

11 ay ərzində xarici investisiyaların 2 milyard 794,9 milyon manatı (94 %-i) Böyük Britaniya, İsveçrə, Yaponiya, ABŞ, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

44 filmi