Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları sabit qalıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları sabit qalıb Bank sektoru üzrə azalma, qeyri-bank təşkilarları üzrə isə artım qeydə alınıb
Maliyyə
15 İyun , 2015 10:05
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları sabit qalıb

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi 2015-ci il mayın 1-nə 20 595,5 mln. manat təşkil edib. Bu, aprelin əvvəlinə nisbətən 36,8 mln.manat və ya 0,1% azdır. Azalmanın 26,8 mln. manatı dövlət bankları, 41,1 mln. manatı özəl bankları üzrə müşahidə olunub. Bununla yanaşı, qeyri-bank kredit təşkilatları üzrə 31,1 mln. manat həcmində artım olub.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, mayın 1-nə vaxtı keçmiş kreditlərin miqdarı 1 256,6 mln. manat təşkil edib. Bu, aprelin 1-nə olan göstəricidən 43,3 mln. manat və ya 3,6% çoxdur. İlin əvvəlindən artım isə 280,3 mln. manat və ya 28,7% olub.

Problemli kreditlərin məcmu kredit portfelinin strukturunda payı 6,1%-ə yüksəlib. Bir ay öncə bu əmsal 5,9%, cari ilin əvvəlində isə 5,2% olub.

Qeyd edək ki, milli valyutada ayrılan kreditlərin həcmi aprel ayında 191,2 mln. manat və ya 1,5% azalıb. Milli valyutada olan vaxtı keçmiş kreditlərin məcmu manat kreditlərində payı isə bir ayda 7%-dən 7,1%-ə yüksəlib.

Xarici valyutada kreditlər isə aprel ayının 1-nə nisbətən 154,2 mln. manat və ya 1,8% artıb. Xarici valyutada olan problemli kreditlərin məcmu valyuta kreditlərinin strukturunda xüsusi çəkisi apreldə 4,3%-dən 4,7%-ə çatıb.

Son xəbərlər

Orphus sistemi