Azərbaycan IMF-lə maliyyə dayanıqlılığının artırılmasını müzakirə edib
Azərbaycan IMF-lə maliyyə dayanıqlılığının artırılmasını müzakirə edibAzərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Valyuta Fondu ilə (IMF) maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətlər müzakirə edilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətlər müzakirə edilib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankı və IMF-in İllik Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrləri və maliyyə nazirlərinin qatıldığı görüşdə iştirak etdik. IMF-in icraçı direktorunun müavini Bo Linin təşəbbüsü ilə keçirilən görüşdə region ölkələrində maliyyə inklüzivliyinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətin əhəmiyyəti müzakirə olundu. Görüşdə çıxış zamanı IMF-in və digər maliyyə institutlarının regionda potensialın inkişaf etdirilməsi, məsləhət xidməti, qarşılıqlı əlaqələndirmə vasitəsilə maliyyə inklüzivliyinin artırılması təşəbbüslərinə mümkün dəstək imkanları ilə bağlı fikirlər diqqətə çatdırıldı", - deyə o qeyd edib.
We participated in a meeting attended by #centralbank#governors and finance ministers from the Caucasus and Central Asia region, held within the framework of the #AnnualMeetings2024 of the World Bank and the International Monetary Fund.