Bakı. 12 may. REPORT.AZ/ “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin aktivləri illik müqayisədə 5 107 min manat yaxud 1,03% azalaraq 2017-ci il yanvarın 1-nə 490 550 min manata bərabər olub. "Report" xəbər verir ki, bu müddətdə Cəmiyyətin nizamnamə kapitalı dəyişməyərək 5 108 min manat təşkil edib.
"Azərbaycan" İstilik Elektrik Stansiyası 2016-cı ili 6 950 min manat zərərlə başa vurub və müəssisənin zərəri əvvəlki illə müqayisədə 6 082 min manat yaxud 8 dəfə artıb.
Hesabat ilində Cəmiyyətin enerji satışından gəlirləri 185 519 min manat təşkil edib. Bu da öz növbəsində 2015-ci ilin yekunu ilə müqayisədə 54 159 min manat yaxud 22,60% azalıb.
"Azərbaycan" İES-in cəmi öhdəlikləri 17 500 min manat yaxud 9,92% azalaraq 158 963 min manat olub.