Azərbaycan I rübdə Qarabağ və Şərqi Zəngəzura 1 milyard manata yaxın pul qoyub

Maliyyə
  • 18 aprel, 2025
  • 17:20
Azərbaycan I rübdə Qarabağ və Şərqi Zəngəzura 1 milyard manata yaxın pul qoyub

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur) yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib. 

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,5 % azdır. 

Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 %-i istifadə olunub. Bu isə 1 il əvvələ nisbətən 11,6 faiz bəndi azdır. 

Xatırladaq ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.