Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus "Kurort" QSC yenidən təşkil edilir.
Maliyyə
7 Oktyabr , 2024 10:33
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus "Kurort" QSC yenidən təşkil edilir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb "Abşeron" İxtisaslaşdirilmiş Mədə-Bağirsaq Sanatoriyasının, "Bilgəh" Kardioloji Sanatoriyasının, "Qaranquş" İxtisaslaşdirilmiş Uroloji Sanatoriyasının, “Günəşli” İxtisaslaşdirilmiş Nevroloji Sanatoriyasının, "Şıx" Sanatoriyasının, "Naftalan" Sanatoriya-Kurort Birliyinin, "Pirşağı" Sanatoriya-Kurort Birliyinin, "xəzər" Sanatoriyasının, "Şəki İstirahət Mərkəzi" MMMC-nin, "Hacıkənd" İstirahət Evinin, "Avtonəqliyyat" Müəssisəsinin, "Azərbkurorttikintitəmi" Birliyinin, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu "Azərkurortlayihə"nin, "Azərbminsugeokaptaj" Respublika Ekspedisiyasının, Təchizat Birliyinin və "Miras" MMC-nin ona qoşulmasıdır.

Kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 95 ünvana təqdim edə bilərlər.

Xatırladaq ki, "Kurort" 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 200 min manatdır.

Son xəbərlər

Orphus sistemi