Azərbaycan EBRD ilə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Azərbaycan EBRD ilə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib ​​​​​​​Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında prioritet istiqamətləri müzakirə edib
Maliyyə
3 aprel 2025 13:39
Azərbaycan EBRD ilə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, o, EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.

Görüş zamanı Azərbaycan-EBRD əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, “yaşıl enerji”yə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi