Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın perspektivlərini müzakirə edib İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşərək onunla əməkdaşlığın perspektivlərini müzakirə edib.
Maliyyə
15 Noyabr , 2022 14:15
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşərək onunla əməkdaşlığın perspektivlərini müzakirə edib.

"Report" xəbər verir ki, bunu nazir "Twitter"də bildirib.

"Görüşdə səmərəli əməkdaşlıq, birgə layihələrin icra vəziyyəti, yeni təşəbbüslər və perspektivlər barədə müzakirələr apardıq", - deyə o, qeyd edib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, görüşdə M.Cabbarov Dünya Bankı ilə səmərəli əməkdaşlığı, əlaqələrin çoxşaxəliliyini vurğulayıb, Bankla birgə həyata keçirilən layihələrin, hazırlanan analitik sənədlərin ölkə iqtisadiyyatının dayanıqlı və davamlı inkişafının təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, investisiyaların artırılması kimi məsələlərə yönəldiyini qeyd edib. Nazir Dünya Bankı ilə potensial əməkdaşlıq sahələri, qurumun növbəti illər üzrə Azərbaycanda fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Bankın biznes mühiti, innovasiyalar, sahibkarlığın inkişafı və digər sahələrdə təcrübəsini diqqətə çatdırıb, Azərbaycanda aparılan iqtisadi islahatları Bankın dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslər üzrə perspektivlər müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi