“Azərbaycan Dəmir Yolları”nın yük agenti xalis mənfəətini 15 dəfədən çox artırıb

Maliyyə
  • 28 fevral, 2023
  • 10:15
“Azərbaycan Dəmir Yolları”nın yük agenti xalis mənfəətini 15 dəfədən çox artırıb

“El Logistics Group” QSC ötən ili 1,392 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 15,5 dəfə çoxdur.

Ötən il “El Logistics Group”un əsas əməliyyat gəlirləri 29,015 milyon manat (illik müqayisədə 8 dəfə çox), satışın maya dəyəri 27,275 milyon manat (8 dəfə çox), ümumi və inzibati xərcləri 347,9 min manat (2,7 dəfə çox), mənfəət vergisi üzrə ödəmələr isə 347,9 min manat (15,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “El Logistics Group”un aktivləri 1,8 milyon manat olub ki, bu da, illik müqayisədə 70,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 20,3 % artaraq 1,16 milyon manata, balans kapitalı 6,8 dəfə artaraq 623,3 min manata, nizamnamə kapitalı isə 3,9 % azalaraq 2 020 manata enib.

Xatırladaq ki, “El Logistics Group” 2021-ci ildə yaradılıb. Şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi yük agenti və yerli və dünya miqyasında yüksək nailiyyətlərə malik logistika təchizatçısıdır.

44 filmi