Azərbaycan bu il xalis maliyyə aktivlərini 500 milyon dollardan çox artırıb

Azərbaycan bu il xalis maliyyə aktivlərini 500 milyon dollardan çox artırıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 512,8 milyon ABŞ dolları məbləğində artıb.
Maliyyə
15 Dekabr , 2020 15:26
Azərbaycan bu il xalis maliyyə aktivlərini 500 milyon dollardan çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 512,8 milyon ABŞ dolları məbləğində artıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, artım xaricə yönəldilmiş birbaşa investisiyaların 519,5 milyon ABŞ dolları artması, portfel investisiyalarının 18.5 milyon ABŞ dolları azalması və digər investisiyaların 11,8 milyon ABŞ dolları artması hesabına təmin edilib.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanın xalis maliyyə aktivləri 590,3 milyon ABŞ dolları artmışdı. Artımı xaricə yönəldilmiş birbaşa investisiyaların 1 665,1 milyon ABŞ dolları, portfel investisiyalarının isə 299,1 milyon ABŞ dolları artması, digər investisiyaların isə 1 373,9 milyon ABŞ dolları azalması təmin etmişdi.

Son xəbərlər

Orphus sistemi