Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 2,1 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 65 % və yaxud 2,9 dəfə azdır.
Yanvar-mart aylarında BOKT-lərin gəlirləri 18 milyon manat (illik müqayisədə 23,1 % az), xərcləri 13,6 milyon manat (3 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat (24 % az), mənfəət vergisi ödəmələri isə 0,4 milyon manat (76,5 % az) təşkil edib.
Bu il aprelin 1-nə BOKT-lərin aktivləri 322,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,65 % azdır. Bunun 229,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,7 % kiçilib.
Hesabat dövründə BOKT-lərin öhdəlikləri 14 % azalaraq 179,4 milyon manata düşüb, balans kapitalı isə 1,7 % artaraq 143,4 milyon manata çatıb.