Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Seçki Qrupuna daxil olan ölkələrlə maliyyə inklüzivliyinin artırılmasını müzakirə edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dünya Bankı və IMF-də Azərbaycanın da daxil olduğu Seçki Qrupunun növbəti toplantısında iştirak etdik. Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə makroiqtisadi inkişaf tendensiyaları, maliyyə inklüzivliyinin artırılması məsələləri və qlobal maliyyə gündəliyində duran digər mühüm mövzular ətrafında müzakirələr aparıldı. Görüşdə həmçinin Seçki Qrupuna üzv ölkələr arasında əməkdaşlıq perspektivləri də müzakirə olundu", - deyə o qeyd edib.