"Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan"ın əmanətçiləri depozitlərini "Liberti Bank"ın filiallarından alacaqlar

"Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan"ın əmanətçiləri depozitlərini "Liberti Bank"ın filiallarından alacaqlar Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı - Gürcüstanın əmanətçiləri depozitlərini Liberti Bankın istənilən filialından ala biləcəklər.
Maliyyə
26 İyul , 2018 15:18
Azərbaycan Beynəlxalq Bankı - Gürcüstanın əmanətçiləri depozitlərini Liberti Bankın filiallarından alacaqlar
© photo: Sputnik / Murad Orujov
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan"ın əmanətçiləri depozitlərini "Liberti Bank"ın istənilən filialından ala biləcəklər.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında deyilir.

"Əmanətçi fiziki şəxslərə ləğv edilmiş bankda yerləşdirdikləri depozitlərin ödənişinə iyulun 30-dan başlanacaq. Beş min laridən (təxminən, 3500 manat) artıq olmayan məbləği "Liberti Bank"ın istənilən filialından əldə etmək mümkün olacaq. Qalan məbləğ isə bankın ümumi əsaslarla ləğvi prosesində ödəniləcək", - məlumatda vurğulanıb.

Xatırladaq ki, lisenziyanın ləğvi "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan"ın səhmdarlarının müraciəti əsasında baş tutur. Səhmdarlar ümumi yığıncaqda bankın qeyri-bank təşkilatına çevrilməsi barədə qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi