Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının və yerli bölmələrinin saxlanılması xərclərinin 5 milyon manat artırılması istəyini tənqid edib.
"Report" xəbər verir ki, deputat mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
"Əgər elektron xidmətlər istifadə artırsa, niyə DSMF-nin idarəetmə xərcləri artırılır? Əksinə, Fondun xərcləri azaldılmalıdır", - deyə o qeyd edib.