Azərbaycan banklarının xalis xarici aktivləri 4 % azalıb

Maliyyə
  • 12 avqust, 2023
  • 08:54
Azərbaycan banklarının xalis xarici aktivləri 4 % azalıb

Bu il iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 20 milyard 991,6 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 6,5 %, ilin əvvəlinə nisbətən 16,1 %, ötən ilin iyulun 1-i ilə müqayisədə isə 3,9 % azdır.

Bu il iyunun sonuna bankların xalis daxili aktivləri 20 milyard 248,3 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 7 %, ilin əvvəlinə nisbətən 13,8 %, illik müqayisədə isə 23,1 % çoxdur.

Azərbaycanda 24 bank fəaliyyət göstərir.

44 filmi