Azərbaycan banklarına qoyulan uzunmüddətli əmanətlər 20 % artıb

Maliyyə
  • 12 avqust, 2023
  • 09:32
Azərbaycan banklarına qoyulan uzunmüddətli əmanətlər 20 % artıb

Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu ilin iyulun 1-nə 34 milyard 512,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 % az, ilin əvvəlinə nisbətən 4,8 % az, 2022-ci ilin iyulun 1-i ilə müqayisədə isə 6,5 % çoxdur.

Bunun 55,9 %-i, yaxud 19 milyard 289,5 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 0,8 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 20,3 % artaraq 12 milyard 748,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 4,2 % artaraq 2 milyard 474,7 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 673,2 milyon manatı (il ərzində 0,6 % artıb) qısamüddətli, 11 milyard 839,8 milyon manatı (19,9 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.

Ölkədə 24 bank fəaliyyət göstərir.

44 - Tezliklə