Azərbaycan banklarına qoyulan depozitlər 22 %-dən çox artıb

Maliyyə
  • 20 mart, 2023
  • 05:45
Azərbaycan banklarına qoyulan depozitlər 22 %-dən çox artıb

Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu il fevralın 1-nə 35 milyard 552,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 % az, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 22,5 % çoxdur.

Bunun 59,4 %-i, yaxud 21 milyard 102,6 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 20,7 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 23,8 % artaraq 11 milyard 928,5 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 33,1 % artaraq 2 milyard 521,7 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 24 milyard 783,6 milyon manatı (il ərzində 25,6 % artıb) qısamüddətli, 10 milyard 769,3 milyon manatı (16 % artıb) isə uzunmüddətli əmnətlər təşkil edib.

Ölkədə 25 bank fəaliyyət göstərir.