Azərbaycan banklarına qoyulan depozitlər 20 %-dən çox artıb

Maliyyə
  • 01 aprel, 2023
  • 08:50
Azərbaycan banklarına qoyulan depozitlər 20 %-dən çox artıb

Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu il martın 1-nə 35 milyard 179,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,1 % az, ilin əvvəlinə nisbətən 3 % az, 2022-ci ilin martın 1-i ilə müqayisədə isə 20,6 % çoxdur.

Bunun 58,9 %-i, yaxud 20 milyard 721,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 20,7 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,6 % artaraq 11 milyard 901,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 30,2 % artaraq 2 milyard 555,6 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 805,2 milyon manatı (il ərzində 20,2 % artıb) qısamüddətli, 11 milyard 374,1 milyon manatı (21,4 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.

Ölkədə 25 bank fəaliyyət göstərir.

44 filmi